Tiflisdə əslən azərbaycanlı olan iranlı biznesmen öldürülüb
13 Mart 2012 Çərşənbə Axşamı 19:37
45 yaşlı Maqsud Bedustani öz ofisində naməlum şəxs tərəfindən bıçaqlanıb
Gürcüstanın paytaxtı Tiflisdə iranlı iş adamı qətlə yetirilib. ANS PRESS-in “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, hadisə “İranlı iş adamları ittifaqı”nın ofisində qeydə alınıb.
45 yaşlı iş adamı Maqsud Bedustaniyə öz ofisində bir neçə bıçaq zərbəsi vurulub və o yerindəcə ölüb. Şahidlər iş adamının ofisində şübhəli naməlum kişi gördüklərini bildiriblər.
Gürcüstan polisi faktla bağlı cinayət işi qaldırıb, qatilin axtarışı davam etdirilir.
Əslən azərbaycanlı olan iranlı biznesmen ikili vətəndaşlığa malik olub. Maqsud Bedustani Tiflisdə gürcü qadınla evlənib. Onun həyat yoldaşı bir qədər əvvəl vəfat edib. Mərhumun 11 yaşlı övladı var. Bedustani son 15 il Gürcüstanda yaşayıb.
DOSTLARINLA PAYLAŞ: