Hadisə

Tiflisdə aksiya dağıdılarkən ölənlər və yaralananlar olub

Bir polis əməkdaşı və bir müxalifətçinin öldüyü bilidirilir

· Xəbərçi
Tiflisdə aksiya dağıdılarkən ölənlər və yaralananlar olub
Tiflisin Rustaveli küçəsində müxalifətin mitinqi dağıdılarkən 1 polis əməkdaşı həlak olub, 17 nəfər yaralanıb. Bunu keçirdiyi məlumat konfransında Gürcüstan DİN-in İnformasiya və təhlil departamentinin rəisi Şota Utiaşvili deyib. Onun sözlərinə görə, polis əməkdaşı maşın karvanı mitinqin dağıdıldığı meydanı tərk edərkən həlak olub. Departament rəisi məlumat verib ki, xəsarət alan polis əməkdaşlarının vəziyyəti normaldır. Şota Utiaşvilinin sözlərinə görə, DİN vətəndaşların söz və ifadə azadlığına hörmətlə yanaşır.

Bu arada isə aksiyanın təşkilatçıları nümayişçilər arasında ölənin olduğunu bəyan ediblər. Onların məlumatına görə, ölən nümayişçi 40 yaşında kişidir. Amma bu məlumat hələ rəsmən təsliqlənməyib.

Şərhlər