Hadisə

Tibb Universitetinin tələbəsi intihar etdi

21 yaşlı tələbə özünü qaldığı yataqxanada asıb

· Xəbərçi
Tibb Universitetinin tələbəsi intihar etdi
Azərbaycan Tibb Universitetinin tələbəsi intihar edib. Nəsimi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 15.30 radələrində Azərbaycan Tibb Universitetinin 6 saylı yataqxanasında baş verib.

Orada qalan Ağdam rayon sakini, 21 yaşlı Elvin Əsgər oğlu Qasımov özünü asaraq intihar edib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. Meyit tibbi ekspertizaya göndərilib.

E.Qasımov Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsi olub.

Hadisənin nə səbəbdən baş verməsi Prokurorluq tərəfindən araşdırılır. Qeyd edək ki, bu gün ali məktəblər üçün qış tətilindən sonra ilk dərs günü idi.

Şərhlər