Bakı səhəri yanğınla açıb. Bu gün səhər saat 09:30 radələrində Bakı şəhər Nəsimi rayonu Tobçubaşov küçəsi 21 ünvanda (Tibb Universiteti ilə üzbəüz) yerləşən binanın dördünсü mərtəbsindəki mənzillərin birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda hadisə yerində yanğınsöndürmə maşınlar işləyir. Hadisə zamanı mənzildə kirayədə yaşayan ailənin 14-15 yaşlı iki oğlu FHN əməkdaşları tərəfindən xilas edilib. Yanğın nəticəsində ölən və yaralananlar olmayıb.
Yanğının səbəbi araşdırılır. ANSPRESS
Tibb Universitetinin qarşısındakı binada yanğın baş verib
Dördünсü mərtəbədə yerləşən mənzildən 14-15 yaşlı iki oğlan xilas edilib.




Şərhlər