Tərtərdə törədilən iğtişaşlara görə axtarışda olan şəxs saxlanıb
06 Oktyabr 2010 Çərşənbə 12:50
Ağdamın Şotlanlı kəndindən olan bir qrup məcburi köçkün həbsə etiraz olaraq aksiya keçirməyə cəhd göstəriblər.
 İyul ayının 6-da bir neçə nəfərin ağır bədən xəsarəti alması, dörd Ağdam sakini və beş Tərtər sakininin həbsi ilə nəticələnmiş kütləvi iğtişaşla bağlı axtarışda olan daha bir nəfər həbs edilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, saxlanan şəxs Ağdam rayon Şotlanlı kənd sakini, 1965-ci il təvəllüdlü Atayev Ədalət İman oğludur. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu bir neçə saat əvvəl Tərtər rayon Qarağacı kəndi yaxınlığında Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə saxlayıblar. Buna etiraz olaraq qəsəbə sakinləri kütləvi aksiya keçirməyə cəhd ediblər. Hazırda əraziyə Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları cəlb olunub. Məcburi köçkünlər yolu bağlamaq istəsələr də, onların bu cəhdi baş tutmayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar