Tərtərdə çayda boğulan əsgərin meyiti tapıldı
13 Sentyabr 2011 Çərşənbə Axşamı 12:24
Firdovsi Fərəcovun cəsədi itkin düşdüyü yerin yaxınlığında aşkar edilib
Ötən gün Tərtərçay çayının Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1992-ci il təvəllüdlü Əliyev Firdovsi Çingiz oğlunun axtarışları başa çatdırılıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, F.Əliyevin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 2 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:00-da başa çatdırılıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fərəcov Firdovsi Çingiz oğlu dünən saat 19:00 radələrində Tərtər rayonunun Şıxarx kəndi yaxınlığında Tərtər çayına düşüb. 1992-ci ildə anadan olmuş F.Fərəcov Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar