Tərtər rayonunda 81 yaşlı qadın itkin düşüb
03 Avqust 2011 Çərşənbə 16:22
Tərtər rayonunda 81 yaşlı qadın itkin düşüb


Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Tərtər rayon sakini itkin düşüb. Bu barədə APA-ya rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Tərtər rayonunun Qaradağlı kənd sakini Mehman Cəbrayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, anası, 1930-cu il təvəllüdlü Cəbrayılova Anuşqa Cəmil qızının bu ilin aprelində yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. A. Cəbrayılovanı sonuncu dəfə Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində görüblər.

A. Cəbrayılovanın boyu təxminən 1 metr 50 santimetr, arıq bədən quruluşlu, gözləri qəhvəyi rənglidir. Onu görənlərdən (0166) 6-45-02, (0166) 6-09-02, (0166) 6-38-27, (050) 682-21-02, (055) 310-52-42, (070) 313-71-27 nömrəli şəhər və mobil telefonlara zəng vuraraq bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar