Terrorçuları çayaxananı müştərilərlə birlikdə yandırdı
14 Fevral 2011 Bazar Ertəsi 04:27
Çayçının iş yerini bağlamaqdan imtina etməsi səbəbilə baş vermiş hadisədə müştərilər arxa qapıdan qaçıb
Türkiyə Mersin vilayətində PKK terror təşkilatına üzv olan bir qrup “Molotov kokteyli” ataraq çayxananı içindəki müştərilərlə birlikdə yandırmaq istədi. Hadisə PKK lideri Abdullah Öcalanın 1999-cu il fevralın 19-da Kenyada yaxalanmasının ildönümü bahanə edilərək keçirilən etiraz aksiyaları zəminində baş verib. Qeyd edək ki, terrorçular şəhərdəki mağaza və s. iş yerlərini bağlamağa çalışsalar da Həsən Yaşar adlı şəhər sakini terrorçulara etiraz edərək çayxanasını bağlamaqdan imtina edib.
Terror təşkilatına üzv olan təxminən 50 nəfərlik qrup daha sonra daşlarla və “Molotov kokteyli” ilə çayxanaya hücum edərək bu yeri müştəriləri ilə birlikdə yandırmaq istəyib. Terrorçular buna müvəffəq olsalar da müştərilər arxa qapıdan qaçıb.
DOSTLARINLA PAYLAŞ: