Bakının Qaradağ rayonunda yaşlı kişi özünü asaraq öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə martın 14-ü saat 19.00 radələrində Lökbatan qəsəbəsi, IV massiv, ev-68-də qeydə alınıb. Orada tək yaşayan 83 yaşlı Əlisafa Səhab oğlu Bayramov özünü asaraq intihar edib.
Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Tənha yaşayan 83 yaşlı kişi özünü asdı
Hadisənin səbəbi araşdırılır




Şərhlər