“Telefon terroru” Bərdə rayonuna da çatdı
27 İyul 2009 Bazar Ertəsi 11:20
Naməlum şəxs rayon ərazisindəki yaşayış binasına bomba qoyulması barədə polisə yalıan məlumat verib

 

Bərdə rayonunda yaşayış binasına bomba qoyulması ilə bağlı həyəcan yaşanıb. Bərdə rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilərək rayon ərazisində yaşayış binalarından birinə partlayıcı qurğu qoyulması barədə məlumat verib. Naməlum şəxs bombanın hansı binaya qoyulması barədə məlumat verməyib. Keçirlən əməliyyat tədbirləri nəticəsində anonim zəngin Tərtər rayon sakini olduğu müəyyənləşdirilib.

Faktla bağlı Azərbaycan Cinayət Məcələsinin 216-cı (terrorçuluq barədə ilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar