Təbiətdən Yaponiyaya daha bir zərbə
07 Aprel 2011 Cümə Axşamı 20:56
Bu ölkədə 7.4 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Xonsü adasının şimal hissəsində yerli vaxtla 23:32-də 7.4 bal gücündə güclü zəlzələ baş verib. Məlumatı Milli Meteoroloji idarə yayıb. Qurumun məlumatına görə, yeraltı təkanların episentri Sakit Okeanda, Miyaqi prefekturası sahillərində yerin 40 kilometr dərinliyində olub.
Yaponiyanın Sakit Okean sahilləri boyunca sunami təhlükəsi barədə xəbərdarlıq verilib. Miyaqi adasında sunaminin hündürlüyünün 1 metrə çata biləcəyi ehtimal olunur. Bir sıra istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Tələfat və dağıntı barədə məlumat yoxdur. Əlavə edək ki, güclü təkanlar Xonsü adasının mərkəzi və şimal hissəsində, eləcə də paytaxt Tokioda da hiss edilib.
DOSTLARINLA PAYLAŞ: