Hadisə

Tayvanda turist qatarı aşdı: 6 ölü

Qəzada daha 60 nəfər bədən xəsarəti alıb

· Xəbərçi
Tayvanda turist qatarı aşdı: 6 ölü
Tayvanda çinli turistləri gəzdirən kiçik sərnişin qatarı aşıb. Qəza nəticəsində 6 sərnişin ölüb, 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsartləri alıb. Məlumata görə, qəzaya səbəb qatarın relsin üzərinə aşmış ağaca çırpılması olub. Qeyd edək ki, 108 sərnişini olan qatarda həlak olanlardan 4-ü çinli, 2 nəfərin milliyyəti isə naməlumdur.

Xatırladaq ki, iki ölkə arasındakı münasibətlər normallaşdıqdan sonra Tayvana ən çox çinli turistlər gedir.

Şərhlər