Tarlaya enən təyyarə cütçünü əzərək öldürdü
02 İyul 2011 Şənbə 06:11
Hadisə Krasnodar vilayətinin şimal bölgəsindəki tarlalardan birində baş verib.
Rusiyada tarlaya enən dərman səpələyən təyyarə çəmənlikdə yatan cütçünü əzərək ölümünə səbəb oldu. Hadisə Krasnodar vilayətinin şimal bölgəsindəki tarlalardan birində baş verib. Məlumata görə, tarlaya dərman səpən təyyarə daha sonra yanacaq doldurmaq üçün aşağıya enib. Bu vaxt yerdə yatan cütçünü görməyən pilot onu əzərək üstündən keçib. Hadisə şahidləri təyyarənin böyük gurultu ilə enməsinə baxmayaraq cütçünün oyanmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlayan hüquq-mühafizə orqanları pilotun qaydaları pozmadığını, zərərçəkmişin sərxoş olma ehtimalının araşdırıldığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: