Tanınmış aktyor Corc Kluni həbs olundu
16 Mart 2012 Cümə 20:42
O atası ilə birlikdə Sudanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılıb.
Tanınmış amerikalı aktyor Corc Kluni və onun atası həbs edilib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, onlar Sudanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılıb.
Aksiya iştirakçıları polisi 3 dəfə xəbərdarlıq etməsinə rəğmən, səfirlik binasının qabağındakı maneələri yarmağa cəhd edib. Nəticədə onlar qandallanaraq ABŞ-ın Məxfi Xidmətinin mikroavtobusuna gətilirib.
Corc Kluni “Satellite Sentinel Project” adlı təşkilatın təsisçilərindən biridir. Həmin təşkilat Sudandakı hərbi qruplaşmalar barədə məlumatların yığılması və təhlili ilə məşğuldur.
Təşkilatın fəalları Sudan prezidenti Ömər Bəşiri Cənubi Sudanla sərhəddə humanitar böhranın şiddətlənməsinə dəstək göstərməkdə ittiham edir.
DOSTLARINLA PAYLAŞ: