Hadisə

Sürücülər arasında atışma olub: 1 ölü

Onların mübahisəsinə metro stansiyasının çıxışında müştəri növbəsi üstündə yaranıb

· Xəbərçi
Sürücülər arasında atışma olub: 1 ölü
Ötən axşam Moskvanın “Çertanovskaya” metro stansiyasının qarşısında qətl hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qətlə fərdi taksi xidməti ilə məşğul olan şəxslər arasındakı münaqişə səbəb olub.

Azərbaycan vətəndaşı olan taksi sürücüləri arasında mübahisə metro stansiyasının qarşısındakı dayanacaqda müştəri növbəsi üstündə yaranıb. Sürücülərdən biri digərinə tapançadan atəş açıb. O, hadisə yerindən qaçsa da, Moskvanın çıxışında saxlanılıb.

Şərhlər