Taksi oğrusu müştərini meşəyə apararaq zorlayıb
16 Yanvar 2010 Şənbə 03:20
Oğru-sürücü daha sonra zorladığı qadının başına daşla vuraraq onu yaralayıb
Türkiyədə taksi oğurlayan şəxs müştəri kimi avtomobilə minən qadını meşəyə apraraq zorlayıb. “Milliyet” qəzetinin xəbərinə görə, hadisə Bursa vilayətinin kəndlərindən birində baş verib. Şübhəli, taksiyə minərək bankdan maaşını almaq üçün vilayət mərkəzinə getmək istəyən tibb bacısını yaxın yol vədiylə aldadaraq meşəyə aparıb və burda onu zorlayıb. Daha sonra qadının başına daşla vuraraq bədən xəsarəti yetirən şübhəli eyni taksiylə qaçıb. Zərərçəkmişin özünə gələrək polisə zəng vurması nəticəsində 19 yaşlı şübhəli ələ keçirilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: