Şüvəlanda taksini qaçıran şəxs həbs edilib
29 İyul 2010 Cümə Axşamı 20:25
Avtomobil oğrusu qaçırdığı maşınla birlikə yaxalanıb.
Paytaxtda taksi avtomobilinin oğurlanması faktı qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, hadisə iyulun 28-i saat 00:30 radələrində Şüvəlan qəsəbəsində qeydə alınıb. Hidayət Məmmədovun taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi əyləşən Bəxtiyar Babayev aldatma yolu ilə avtomobili qaçırıb.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində B.Babayev saat 2 radələrində Zirə qəsəbəsində avtomobillə birlikdə yaxalanıb.

Faktla bağlı cinayət işi qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar