Sürücülərə bəd xəbər!
18 Avqust 2011 Cümə Axşamı 11:46
Bakıda radarların sayı 1200-ə çatdırılacaq
Bakı şəhərində radarların sayı artacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, radarların çoxaldılması təhlükəsizliyə nəzarəti artırmaqdan irəli gəlir.

“Bu gün Bakıda 387 yerdə 1108 radar var. Yaxın zamanlarda onların sayı artırılacaq. 400 yerdə 1200-ə çatdırılacaq. Bir daha qeyd edim ki, bu, təhlükəsizliyin təmin edilməsi və asayişə nəzarəti gücləndirməkdən ötrüdür”, - deyə V.Əsədov vurğulayıb.

Müşahidələr göstərir ki, son günlər radarların sayı təkcə Bakı şəhərində deyil, respublikanın rayonlarına gedən yollarda da artırılıb.

Avtomobilin sürətini ölçən cihazlar (radar) sürücülərin yollarda ciddi narahatlığına səbəb olduğundan onlar həmişə bundan şikayətlənirlər. Bəzi hallarda həmin cihazların gizli yerlərdə qoyulması ilə razılaşmayan sürücülər bildirirlər ki, yol polisi bu cihazları qəsdən gizlədir. Vaqif Əsədov burada heç bir qanun pozuntusunun olmadığını vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar