Sürücü yol vermək üstündə başqa sürücünü bıçaqlayıb
28 Fevral 2012 Çərşənbə Axşamı 07:01
Həkimlərin səyi nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.
Ötən gecə Bakının Nəsimi rayonu Rəsul Rza küçəsi dalan 4/2 ünvanında bıçaqlanma baş verib. Hadisə zamanı 1989-cu il təvəllüdlü Mirzəyev Seymur Oktay oğlu 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Müayinə zamanı bədəninin müxtəlif nahiyyələrində çoxsaylı bıçaq yaraları aşkar olunan Seymur Mirzəyev təcili cərrahiyə otağına qaldırılıb. Həkimlərin səyi nəticəsində Mirzəyevin həyatını xilas etmək mümkün olub.

Hadisə barədə məlumat daxil olan kimi Nəsimi rayon polis idarəsi və 22-ci polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Artıq faktla bağlı zərərçəkən Seümur Mirzəyevin polislər tərəfindən ilkin izahatı da alınıb.

Məlum olub ki, Mirzəyev hadisə baş verən zamanı şəxsi avtomaşını ilə Rəsul Rza küçəsində hərəkət edirmiş. Bu zaman onun yolu keçmək istəyən piyadalardan birinə yol verməsi arxada hərəkət edən avtomaşınlardan birinin sürücüsünün xoşuna gəlməyib. Sürücülər arasında bu səbəbdən yaranan mübahisə sonda Seymur Mirzəyevin bıçaqlanması ilə nəticənib.

Hazırda bölmənin əməkdaşları tərəfindən Mirzəyevi bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar