Suriyanın təhlükəsizlik qüvvələri Deraa və Duma şəhərlərinə daxil olub
25 Aprel 2011 Bazar Ertəsi 15:03
Evlərdə axtarışlar aparılır, küçəyə çıxanlara atəş açılır
Suriya ordusunun hərbçiləri tanklar və zirehli texnikanın köməyi ilə ölkənin cənubunda günlərdir etiraz aksiyalarının davam etdiyi Deraa şəhərinə daxil olub. Səhər saatlarında şəhərə daxil olan hərbçilərin atəş açıdığı, beş nəfərin öldürüldüyü və çox sayda insanın yaralandığı xəbər verilir.
Şəhər sakinlərinin verdiyi məlumata görə məscidlərin minarələrindən kömək səsləri eşidilir. Hərbçilərin bütün evlərə daxil olaraq axtarışlar apardıqları, küçəyə çıxan şəxslərə isə atəş açdıqları bildirilir. Hətta insanların susuz qalması üçün evlərin damındakı su çənlərinin də yararsız hala salındığı xəbər verilir.
Bəşər Əsədə sadiq təhlükəsizlik qüvvələri bu səhər paytaxt Dəməşq yaxınlığındakı Duma şəhərində də silahsız insanlara atəş açıb və onlarla insanı həbs edib. Duma və Deraa şəhərlərinə hərbçilərin axını heç bir nümayiş keçirilmədiyi vaxt başlanıb.
Şəhərlərdə rabitə əliqəsi də kəsilib. Müxalifət nümayəndələrinin sözlərinə görə bu, qarışıqlığın yatırılmasında hərbçilərin birbaşa cəlb olunması ilə bağlı ilk haldır.
DOSTLARINLA PAYLAŞ: