Suriyada təhlükəsizlik qüvvələri 3 etirazçını qətlə yetirib
01 Aprel 2011 Cümə 23:47
Güc strukturlarının məlumatına görə, Dəməşqdə ekstremist cərəyanlara aid onlarla insan saxlanlıb
Suriyada etiraz aksiyaları davam edir. Ənənəvi cümə namazından sonra ölkənin bir çox şəhərlərində minlərlə insan küçələr axışıb. İlkin məlumatlara görə, Dəməşq yaxınlığında yerləşən Duma şəhərində təhlükəsizlik qüvvələri azı 3 nəfəri öldürüb.

Kütləvi nümayişlər Dəraa, Latakiyaa, Baniase və digər şəhərlərdə keçirilib. Aksiya iştirakçıları siyasi məhbusların azad olunması və söz azadlığı və azad toplaşmaq hüquqlarından istifadəyə imkan verilməsi tələbi ilə çıxış edib. Son məlumatlara görə, paytaxt Dəməşqda kütləvi nümayiş keçirilib. Aksiya iştirakçıları dini və müxalifət liderlərinin cümə namazından sonra məsçidlərdə toplaşmaq çağırışlarına cavab verib. Bir qədər öncə, paytaxtda güc strukturlarının məlumatına görə ekstremist cərəyanlara aid onlarla insan saxlanlıb.

Xatırladaq ki, Suriyada etiraz aksiyası İordaniya ilə sərhəddə yerləşən Dəraa şəhərində başlayıb. İki həftədən artıqdır təhlükəsizlik qüvvələri ilə müxalifətçilər arasında qeydə alınan toqquşmalarda 60-dan artıq dinc insan həlak olub. Ölkədə 48 illik fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinin ləğvi müxalifətin hökumət qarşısında irəli sürdüyü əsas tələblərdən biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar