Suriyada son bir sutkada 500-dək etirazçı həbs olunub
26 Aprel 2011 Çərşənbə Axşamı 10:26
Yerli hüquq müdafiə təşkilatı bu barədə məlumat yayıb
Suriyada anti-hökumət nümayişçilərinə qarşı mübarizə məqsədilə tanklar və zirehli texnikanın Deraa və Duma şəhərlərinə göndərilməsindən sonra təhlükəsizlik qüvvələri ölkədə 500-dək insanı həbs edib. Suriyanın hüquq müdafiə təşkilatlarından biri olan Savasia şahidlərə istinadən bu barədə məlumat yayıb. Təşkilatın verdiyi xəbərə görə təhlükəsizlik qüvvələrinin ötən gün Deraa və Duma şəhərlərinə daxil olmasından sonra 20-dən çox insan ölüb. Cənub şəhərlərində rabitə əlaqəsinin kəsilməsi isə məlumatların təsdiqlənməsini çətinləşdirib.
Hökumət qüvvələrinin paytaxt Dəməşq ətrafındakı Muadhamiyə şəhərində də rejim əleyhdarlarına atəş açdığı və onlarla insanı həbs etdiyi bildirilir.
Ümumilikdə isə martın 18-də Deraa şəhərində anti-hökumət nümayişlərinin baş qaldırmasından bəri 350-dən çox insan ölüb.
DOSTLARINLA PAYLAŞ: