Suriyada aksiya qurbanlarının sayı 2600 nəfəri ötüb
13 Sentyabr 2011 Çərşənbə Axşamı 02:09
Bu, rəsmi Dəməşqin açıqladığı rəqəmi təxminən iki dəfə üstələyir
Suriyada kütləvi etiraz aksiyaları zamanı azı 2600 nəfər ölüb. Bu barədə məlumatı BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pillay verib. O, bu rəqəmi “etibarlı mənbələr”ə istinadən səsləndirdiyini desə də, həmin mənbələri açıqlamayıb. Ali komissarın səsləndirdiyi rəqəm Suriya hakimiyyətinin açıqladığı tələfat sayını təxminən iki dəfə üstələyir. Suriya prezidentinin müaviri bəyan etmişdi ki, ölkədəki qarşıdurma qurbanlarının sayı 1400 nəfərdir.

Qeyd edək ki, Suriyada martın ortalarından kütləvi iğtişaşlar başlayıb. Etiraz aksiyalarının iştirakçıları prezident Bəşər Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edirlər. Hakimiyyət isə icazəsiz etiraz aksiyalarının qarşısını ordu hissələrinin iştirakı ilə alır. BMT və Avropa Birliyi Suriya rəhbərliyinə qarşı bir sıra sanksiyalar tətbiq edib. BMT Təhlükəsizlik Şuras ıisə insan hüquqlarının açıq şəkildə pozulmasını və dinc insanlara qarşı silah tətbiqini pisləyib. Hazırda Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbulu ətrafında müzakirələr aparılır. Qətnamə Suriyaya qarşı neft və hərbi embarqonun tətbiqini nəzərdə tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar