Nepalda göyərtəsində 16 turist və 3 ekipaj üzvünün olduğu təyyarə qəzaya uğrayıb. Qəzada 18 nəfər ölüb, 1 turist sağ tapılıb. "Buddha Air" aviaşirkətinə məxsus yüngül motorlu ekskursiya təyyarəsi Himalay dağı üzərindən turistik səyahət həyata keçirirmiş.
Polisin məlumatına görə, təyyarə paytaxt Katmandudan 10 kilometr aralıda, Everest yaxınlığında yerə düşüb. Pilotun qatı duman şəraitində yerə eniş etməyə çalışdığı bildirilir. ANSPRESS
Sürətlə yerə düşən təyyarədə 1 nəfər sağ qaldı
Ekskursiya təyyarəsində 19 nəfər olub.




Şərhlər