Hadisə

Suraxanının hərbi komissarı həbs edilib

Təvəkkül Ağayevə qarşı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.

· Xəbərçi
Suraxanının hərbi komissarı həbs edilib
Bakı şəhərinin Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

T. Ağayevə qarşı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə T. Ağayev barəsində həbs-qətimkan tədbiri seçilib. ANSPRESS

Şərhlər