Ötən gecə Suraxanı rayonunda piyadanını vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yeni Süraxanı qəsəbəsinə gedən yolda 25-30 yaşlarında şəxsiyyəti hələ tam dəqiqləşdirilməyən Cavid adlı bir nəfər naməlum avtomaşının zərbəsi ilə üzləşib. Hadisədən sonra sürücü vurduğu piyadaya heç bir tibbi yardım göstərmədən qəza yerindən qaçıb. Piyada isə əraziyə çağrılmış təcili tibbi ypardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxananın həkimi Ədalət Abdullayev zərərçəkmişin içkili olduğunu, bədənində sınıqları olmasa da yaralının huşunun yerində olmadığını deyib.
Yol nəqliyyat hadisəsinin baş verdiyi ünvanda isə polislər araşdırma aparıblar. Piyadanı vuran avtomobilin hadisə yerində qalan ehtiyat hissələri müəyyən edilərək polis əməkdaşlarına təhvil verilib. Piyadanı vuran sürücünün şəxsiyyətinin muəyyən ediərək məsuliyyətə cəlb edilməsi istiqaimətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Suraxanıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Piyada əraziyə çağrılmış təcili tibbi ypardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb




Şərhlər