Bakının Suraxanı rayonunda iki meyit tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da saat 09.40 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi Əyrim küçəsində yaşayan Elmar Məhərrəmovun və həmyerlisi Etibar Bayramovun meyiti tapılıb.
Onların üzərinə baxış zamanı hər hansı bir zorakılıq əlamətləri aşkar olunmayıb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Suraxanıda iki həmyerlinin meyiti tapıldı
Onların üzərində zorakılıq əlaməti olmayıb




Şərhlər