Hadisə

Suraxanı qəbiristanlığında atışma: ölən var

52 yaşlı kişini qəbiristanlıqda güllələdilər.

· Xəbərçi
Suraxanı qəbiristanlığında atışma: ölən var
Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində atışma olub. Hadisə bu gün Suraxanı rayonunda baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu gün 48 yaşlı Aman Hüseynov Zığ qəbiristanlığında 52 yaşlı Şahmurad Hüseynovu odlu silahla güllələyib. Ş.Hüseynov aldığı güllə yarasından dünyasını dəyişib. Polis A.Hüseynovu tutaraq istintaq orqanına təhvil verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli hansı səbəbdən törədilməsi məlum deyil. Hadisə yerində prokurorluq əməkdaşları tərəfindən istintaq davam etdirilir. ANSPRESS

Şərhlər