Sunaminin simvolu olan yapon İto itlər üçün ağlayırmış
07 Aprel 2011 Cümə Axşamı 06:42
Zəlzələ və sunami nəticəsində Akane İtonun 11 iti itkin düşüb
Yaponyada meydana gələn 9 ballıq zəlzələ və sunaminin simvolu olmuş foto-şəkilin sirri açıqlanıb. İngiltərənin “Daily Mail” qəzati qırmızı çəkmələri yanında, yerdə oturaraq ağlayan vəziyyətdə şəkli çəkilərək dünya qəzetlərinə manşet olmuş qadını tapmağa müvəffəq olub.
Qəzetin məlumatına görə, faciənin simvolu olan 28 yaşlı Akane İto Yaponiyanın şimalında olan Natori şəhərində yaşayır və barlardan birində ofisantlıq edir. Sunamidən əvvəl sevgilisi, onun anası və 13 iti ilə birlikdə yaşayan İto sən demə itkin düşmüş 11 it üçün ağlayırmış.
Zəlzələ baş verdiyi anda evdə olduğunu və onun bu qədər böyük dağıdıcı olacağına ehtimal vermədiyini deyən İto itləri evdə qoyaraq sevgilisinin anası ilə marketə batareya və su almağa getdiyini bildirir. Yapon qadın təbii fəlakətdən sonra itlərinin itkin düşdüyünü və onlar üçün ağladığını bildirib: “Əvvəllər evimizin olduğu yerdə oturaraq itlərim üçün ağlayırdım. Şoka düşmüşdüm. Onlar mənim uşaqlarım kimiydi”.
İtləri üçün midsizliyə düşməyən İto onları tapmaq üçün elanlar yazır. Qeyd edək ki, ingilis jurnalistlər də Akane İtonu bu elanlar sayəsində tapıb.
DOSTLARINLA PAYLAŞ: