Sumqayıtda vətəndaşı döyüb, silahla hədələyən iş adamı tutulub
02 Avqust 2011 Çərşənbə Axşamı 13:44
İş adamı Sabitlik və İnkişaf Mərkəzinin sədrinin avtomobilinə də ziyan vurub
Sumqayıt şəhərində vətəndaşı döyüb silahla hədələyən iş adamı tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Sumqayıt şəhərindəki "Həyat" şirkətinin ərazisində oranın sahibi Kamil Abbasovla ona pul borcu olan Sabitlik və İnkişaf Mərkəzinin sədri, Bakı şəhər sakini Rasim Məmmədov arasında münaqişə baş verib. Bu zaman onlar bir-birini silahla hədələyib. K.Abbasov R.Məmmədovu döyüb və ona məxsus "Toyota Lexus" markalı avtomaşına qismən ziyan vurub.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Abbasov və R.Məmmədov saxlanılıb. K.Abbasovdan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd pnevmatik tapança, R.Məmmədovdan isə 1 ədəd pnevmatik tapança götürülüb.
DOSTLARINLA PAYLAŞ: