Sumqayıtda restoranda 42 nəfər saxlanılıb
17 May 2011 Çərşənbə Axşamı 14:34
Onlar provoslav təriqətinin qanunsuz təbliğində şübhəli bilinirlər
Sumqayıt şəhərində qanunsuz dini təbliğlə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 15-də saat 11.00 radələrində Sumqayıt şəhəri ərazisindəki “Göygöl” restoranında “Mədh” kilsəsi dini icmasının baş məsləhətçisi, Bakı şəhər sakini Elçin Paşayev və arvadı Afər saxlanılıb. Onlar icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçirdiklərinə və provoslav təriqətini qanunsuz olaraq təbliğ etdiklərinə görə Sumqayıt şəhər Polis Şöbəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən saxlanılıblar. Nəticədə E.Paşayev, Afər və 12 nəfər icma üzvü 4-cü polis bölməsinə gətirilib.
E.Paşayev və Afər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət gəstərməsi) maddəsi ilə protokol tərtib olunub, icmanın üzvləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılıb.
DOSTLARINLA PAYLAŞ: