Hadisə

Sumqayıtda "razborka"ya gedən gənci dostu qətlə yetiribmiş

Hadisənin səbəbi araşdırılır.

· Xəbərçi
Sumqayıtda "razborka"ya gedən gənci dostu qətlə yetiribmiş
Sumqayıt şəhərində qətl törədən şəxs tutulub. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, şəhər sakini, İlkin Cəfərovdur. Məlumata görə, o, qətlə yetirilən Ramin Əlifovun dostu olub. Hadisənin səbəbi barədə idarədən hec bir məlumat verilmədi.

Qeyd edək ki, qanlı hadisə mayın 31-də saat 23:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, ev 25, mənzil 14-də yaşayan 23 yaşlı Ramin Əlifov qətlə yetirilib.

Ailə üzvlərinin bildirdiyinə görə, Ramin axşam saatlarında evdən əsgər yoldaşı ilə kimlərinsə arasında yaranmış münaqişəni həll etməyə yollanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər