Hadisə

Sumqayıtda minik maşını qatarla toqquşdu, 1 ölü, 1 yaralı

Hadisə Bakı-Quba yolunun 40-cı kilometrliyində baş verib.

· Xəbərçi
Sumqayıtda minik maşını qatarla toqquşdu, 1 ölü, 1 yaralı
Bu gün səhər saatlarında Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 40-cı kilometrliyində, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində minik maşını yanacaqdaşıyan qatarla toqquşub.

Belə ki, 32 yaşlı Ağası Hacıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolu keçən yanacaqdaşıyan qatara çırpıb. Qəza zamanı sürücü ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, sərnişini isə dünyasını dəyişib.

Qeyd edək ki, ilkin məlumata görə, qəza sürücünün yol keçən qatarı görməməsi nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər