Hadisə

Sumqayıtda maskalı şəxslər fərdi evə silahlı basqın ediblər

Ev sahiblərinin əllərini bağlayan şəxslər pul və zinət əşyaları aparıb.

· Xəbərçi
Sumqayıtda maskalı şəxslər fərdi evə silahlı basqın ediblər
Sumqayıt şəhərində fərdi evə silahlı basqın olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatə görə, Sumqayıt şəhərinin “Qurd Dərəsi” bağlar yaşayış sahəsində yaşayan Mahir Hüseynovun evinə girmiş maskalı 3 naməlum şəxs onu və arvadı Dilşadı bıçaqla hədələyərək əllərini bağlayıb, oradan 1700 manat pul və 2000 manat dəyərində qızıl əşyaları aparıblar.

Qeyd edək ki, ilkin əməliyyat-axtarış tədbirləri Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən aparılır.

Şərhlər