Hadisə

Sumqayıtda kişi arvadını bıçaqladı

Hadisə ailə münaqişəsi zəmində baş verib.

· Xəbərçi
Sumqayıtda kişi arvadını bıçaqladı
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Abdulkərim Hüseynov ailə münaqişəsi zəminində arvadı Nərgiz Hüseynovaya bıçaqla xəsarət yetirib. hadisə ötən gün baş verib. Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.

Şərhlər