Sumqayıtda kəskin istilərdən üç nəfər ölüb
Sumqayıtda havaların isti keçməsi ilə əlaqədar bir gündə üç nəfər ölüb. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, ötən gün saat 14.00 radələrində Sumqayıt şəhəri ərazisində, 64 yaşlı Zəhra Məmmədova küçənin ortasında ürək tutulmasından dünyasını dəyişib. Daha bir hadisə isə 42-ci məhəllə ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 60 yaşlı Tofiq Abbasov işlədiyi kafenin mətbəxində qəfildən dünyasını dəyişib.
Növbəti ölüm faktı isə 13-cü mikrorayon ərazisində baş verib. Təcilli Tibbi Yardım Stansiyasının həkimi, 43 yaşlı Asəf Əmirov beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Hər üç hadisənin kəskin istilər nəticəsində baş verdiyi ehtimal olunur.




Şərhlər