Ötən gecə Azərbaycan Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsinin ərazisində yanğın baş verib. ANS PRESS-in Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hərbi hissədə istifadəyə yararsız, ümumi sahəsi 450 kv.m olan taxta konstruksiyalardan ibarət barak tipli tikili yanıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub və yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 01:20-də söndürülüb.
Sumqayıtda hərbi hissədə yanğın baş verib
Hadisə ötən gecə baş verib




Şərhlər