Hadisə

Sumqayıtda ev yanaraq külə döndü

Kirayədə qalan şəxs evdə yanıb

· Xəbərçi
Sumqayıtda ev yanaraq külə döndü
Sumqayıtda ev yanaraq külə dönüb ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gecə saat 01.15 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini Ziyafət Qurbanovaya məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq külə dönüb.

Yanğın zamanı evdə kirayədə yaşayan Elnur Balakişiyev yanıb və xəstəxanaya yerləşdirilib.

Şərhlər