Sumqayıtda balıqçı qayığı batdı
21 Aprel 2011 Cümə Axşamı 14:54
Onlardan ikisinin meyiti tapılıb
Xəzər dənizində azərbaycanlılara məxsus balıqçı qayığı batıb. ANS-in hadisə yerində olan müxbirinin məlumatına görə, 4 balıqçı dünən şər qarışan vaxtı Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindən dənizə çıxıb. Xeyli vaxtdan sonra balıqçıların gəlməməsindən narahat olan ailə üzvləri Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Ərazidə dərhal axtarışlara başlanılıb.
Nəticədə bu gün günorta saatlarında qayıqda olan 4 nəfərdən ikisinin meyiti sudan çıxarılıb. Bunlar 22 yaşlı Bəylər Mövlanverdi oğlu Hətəmov və 31 yaşlı Pavel Vasilyeviçdir. Onların meyiti qayığın batdığı yerdən xeyli uzaqda, dəniz sularının Corat qəsəbəsinə aid hissəsindən çıxarılıb. Meyitlərin küləyin təsiri nəticəsində uzağa getdiyi bildirilir.
Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: