Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 15.30 radələrində şəhərin 10-cu mikrorayon adlanan ərazisində yaşlı kişi yaşadığı evin 8-ci mərtəbəsindən yerə düşərək hadisə yerində ölüb. Əraziyə polis İdarəsinin və Prokurorluğun əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar.
İlkin ehtimala görə, kimliyi hələlik müəyyənləşməyən şəxs xəstə olub və ehtiyyatsızılıq nəticəsində eyvandan yıxılıb. Ölümün intihar hadisəsi olması da istisna olunmur.
Faktla bağlı bütün versiyalar üzrə araşdırma aparılır.
Sumqayıt sakini 8-ci mərtəbədən yıxıldı
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır




Şərhlər