Sumqayıt sakini 60 yaşlı qadını zorladı
30 Sentyabr 2011 Cümə 22:56
Möcüzə nəticəsində sağ qalan Emiliya Rudinanı Samur-Abşeron kanalında tapmaq mümkün olub.
Sumqayıtda dəhşətli cinayət hadisəsi baş verib. Sumqayıt sakini Azər Əliyev 60 yaşlı ağbirçəyi həm soyub, həm də onun namusuna toxunub.

Sumqayıt şəhərindənki vağzaldan qatara minib Rusiyaya qohumlarının yanına getməli olan Emiliya Rudina yaxınlıqdakı mağazaya girib özünə yeməyə nəsə almaq istəyib. Elə bu istək sonradan onun başına çox iş açıb. Belə ki, mağaza sahibi Azər Əliyev xanımla əvvəl şirin söhbətə başlayaraq onun hara getməli olduğunu öyrənib. Qatarın təxminən saat 14.00 radələrində gəldiyini bilən Azər Əliyev öz çirkin əməlini həyata keçirmək üçün mağazadakı saatın əqrəblərini təxminən 15 dəqiqə geri çəkib. Sonra isə qatarın artıq getdiyindən xəbər tutan Emilya xanıma öz köməyini təklif edib.

Polis tərəfindən saxlanılan Azər Əliyev baş verənlər barədə bunları deyib: “Dedim ki, mənim maşınım var, apararam səni. Əyləşdi maşınıma, sürdüm, içkili idim. Yanacaqdoldurma məntəqəsində 20 manat çıxarıb verdi. Düşündüm ki, necə gedim burdan Xaçmaza. Pulu qaytardım. Firlanıb qayıtdım, gətirdim onu kanalın qırağına”.

Amma burada Azərin yaxşılıq etmək istəyi başqa arzularla əvəzlənir. Belə ki, Emiliya xanım burada döyülüb söyülərək kanala atılır. Qadın təxminən 7 saatdan sonra burada sağ aşkarlanıb.

60 yaşlı qadın möcüzə nəticəsində sağ qalsa da, Azər Əliyev ona ağır bədən xəsarətləri yetirdiyindən vəziyyəti çox ağır olub.

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Emil Bədəlovun sözlərinə görə, Azər əvvəlcə Emiliya xanımla cinsi əlaqədə olmaq istəyib, sonra isə zor tətbiq edərək qadına xəsarətlər yetirib. Ardınca isə qadını Samur-Abşeron kanalına atıb və yerdən götürdüyü daş parçaları ilə bədəninin müxtəlif nahiyyələrinə, eyni zamanda başına xəsarətlər yetirib.

Hazırda Emilya Rudina Sumqayıt şəhər Təcili və TəxirəsalInmaz Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir. Emiliya Rudina ilkin ifadəsində Azər Əliyevin onunla zor tətbiq etməklə, cinsi əlaqədə olduğunu və çantasında olan xeyli miqdarda pulunu götürdüyünü bildirib. Lakin Azər Əliyev bunları təkzib edib.

Artıq Azər Əliyev barəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Amma zərərçəkmişin iddia etdiyi kimi, Azər Əliyevin onunla cinsi əlaqədə olduğu və onu öldürmək məqsədi sübuta yetirilərsə, bunun Cinayət Məcəlləsinin daha ağır maddələrinə keçəcəyi istisna edilmir. Bu isə təyin edilmiş məhkəmə tibbi və bioloji ekspertizalarının nəticəsindən sonra məlum olacaq. Qeyd edək ki, Azər Əliyev əvvəllər hərbi xidmətdən yayındığına görə 3 il azadlıqdan məhrum edilmişdi.

Vüsalə xaməmmədqizi ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar