Hadisə

Sulutəpə qəsəbəsində qətl hadisəsi baş verib

51 yaşlı Ağakişi İbrahimov qonşusu tərəfindən yumruqla öldürülüb

· Xəbərçi
Sulutəpə qəsəbəsində qətl hadisəsi baş verib

 

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qonşu qonşunu öldürüb. ANS PRESS-in məlumatına görə, Salyan rayonunda anadan olmuş 51 yaşlı Ağakişi İbrahimov qonşusu tərəfindən öldürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən verilən məlumata görə, hadisənin münaqişə zəminində baş verib.

A.İbrahimovun ailəsi mərhumun yumruqla vurularaq öldürüldüyünü bildirib. Hadisəni törədən şəxsin kimliyi açıqlanmır. Onun həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. /ANS PRESS/

 

Şərhlər