Sükan arxasında körpəsinə süd verən qadın həbs olunub
16 İyun 2010 Çərşənbə 06:50
Qadını həbs edən polis 30 ildir polis olduğunu, belə bir hadisəyə ilk dəfə şahid olduğunu deyib.
Almaniyanın Şimali Reyn-Vestfaliya regionunda avtomobili idarə edərkən körpəsinə süd verən qadın həbs olunub. ANS PRESS “NTV” kanalının internet saytına istinadən xəbər verir ki, qadına qarşı uşağının və özünün həyatını təhlükəyə atmaq ittihamı ilə iddia qaldırılacaq.
Qeyd edək ki, avtomobili idarə edərkən körpəsini təbii üsulla bəsləyən qadının təhlükəsizlik kəməri də açıq vəziyyətdə olub.
Saxlanılan qadın evinin yaxında olduğunu desə də polis onun yola davam etməsinə izn verməyib.
Qadını həbs edən polis isə 30 ildir polis olduğunu, belə bir hadisəyə ilk dəfə şahid olduğunu deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: