Su əvəzinə neft axır
04 Sentyabr 2011 Bazar 20:02
Gürcüstanın Batumi şəhərinin sakinləri qəribə hallarla rastlaşır
Gürcüstanın Batumi şəhərinin Bartsxana qəsəbəsində su əvəzinə krandan neft axır. Yerli TV-25 telekanalının yaydığı məlumata görə, bu, su təchizatı sisteminin çirklənməsinə gətirib çıxarıb. Yerli sakinlərin evində isə suqızdırıcı avadanlıqlar və paltaryuyan maşınlar sıradan çıxıb.
İş ondadır ki, təmir-bərpa işləri ilə əlaqədar mütamadi olaraq içməli su verilməsi dayandırılır və borulara yaxınlıqdakı zədəli neft kəmərindən neft sızır.

Maraqlıdır ki, Batumi Neft Terminalının rəhbərliyi neft kəmərində mövcud zədələnmiş hissələr bərpa edilsə də, yerli sakinlərin evlərində su əvəzinə neft axmaqda davam edir. “Batumi Su” şirkəti rəhbərinin şəhərdə olmaması üzündən faktla bağlı onun müavini saxlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar