Özlərini polis əməkdaşı kimi təqdim edərək soyğunçuluqla məşğul olan şəxslər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 25 yaşlı Ramiz Dövlətov, 24 yaşlı Dəyanət Hacıağayev, Mahmud Abbasquliyev və Vahid Əliyev «VAZ-2107» markalı 10-GS-204 dövlət nömrə nişanlı avtomobil ilə özlərini polis əməkdaşı kimi qələmə verərək soyğunçuluq ediblər. Dəstə üzvləri iyulun 18-i saat 01.00 radələrində Sulutəpə qəsəbəsinin ərazisində 25 yaşlı Röyal Gülüşov və onun həyat yoldaşı 21 yaşlı Aysel Mustafayevanın qarşısını kəsərək 380 manatını və mobil telefonunu əlindən aldıblar.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Anar Məmmədov /ANS PRESS/