Sosial şəbəkədəki ünsiyyət qanla nəticələndi
19 Yanvar 2012 Cümə Axşamı 23:19
Qarşı tərəfin təhqirlərinə dözməyən gənc əlini bıçağa atıb.
Paytaxtın Nizami rayonu ərazisində dostunu bıçaqlayan şəxs həbs edilib. Hadisə rayonun Rüstəmov küçəsi, 17 saylı binanın arxasındakı bağ sahəsində baş verib. 1986-cı il təvəllüdlü Röyal Məmmədov bir neçə illik dostu olan Hüseynov Müşfiqə 3 bıçaq zərbəsi endirib. Səbəb isə internetdə söhbət zamanı zərərçəkmişin saxlanılan şəxsi söyməsi olub.

Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin sözlərinə görə, Məmmədov Röyəl artıq beş ildir bıçaqlanan Hüseynov Müşfiqlə tanış olub: “Onlar tez-tez saytda görüşürmüşlər: “Yanvarın 17-də yazışanda, Müşfiq Röyalı təhqir edib. Bu da onun xoşuna gəlməyib”.

Bundan sonra Röyal Məmmədov bıçağı cibinə qoyaraq yollanır dostunun kirayə yaşadığı evə. Dostunu söhbətə çağırır və ondan etdiyi hərəkətə görə üzr istəməsini tələb edir.

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Döş qəfəsinin sol nahiyəsindən 3 bıçaq yarası alan Müşfiq Hüseynovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti stabildir.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Röyal Məmmədov saxlanılıb. Hazırda Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Röyal Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar