Son sutka ərzində Yaponiyada 14 zəlzələ baş verib
29 Mart 2011 Çərşənbə Axşamı 02:18
Yeraltı təkanların gücü 4,5 baldan 6,1 baladək olub
Ötən sutka ərzində Yaponiyanın şimal-qərbində gücü 4,5 baldan 6,1 baladək olan 14 zəlzələ baş verib. Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb. 6,1 ballıq ən güclü yeraltı təkan yerli vaxtla saat 07.23-də (Bakı vaxtı ilə 03.23) qeydə alınıb. Zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Senday şəhərinin 109, Fukusima əyalətinin 163 kilometrliyində olub.

Xatırladaq ki, martın 11-də Yaponiyada 9 bal gücündə dağıdıcı zəlzələ baş verib. Zəlzələdən sonra hündürlüyü 10 metrədəuk çataq sunami başlayıb. Ən son məlumatlara görə, təbii fəalkət nəticəsində ölənlərin sayı 11 min nəfərə çatıb, 17 min 300 adam itkin düşmüş sayılır. Zəlzələ və sunamidən sonra “Fukusima-1” AES-də bir neçə qaza baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar