Siyəzəndə51 yaşlı qadın özünü öldürüb
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Siyəzən rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Rayonun Dərə Zarat kənd sakini, 1960-cı il təvəllüdlü Mülayim Muradova yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğu tərəfindən cinayət işi başLanıb, araşdırma aparılır.




Şərhlər