Siyəzəndə ruhi xəstə iki nəfər bıçaqlayıb
15 Noyabr 2010 Bazar Ertəsi 14:05
Maqsud Maqsudov əvvəlcə bacısının ərinə, sonra isə yoldan keçən qıza zərbələr endirib
Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.Məlumata görə, rayon sakini 1972-ci il təvəllüdlü Maqsudov Maqsud Fərman oğlu bacısının həyat yoldaşı 1968-ci il təvəllüdlü İsaqov Əbdül Hacı oğlunu bıçaqlayıb. Siyəzən rayon polis şöbəsinin müstəntiqi Xaləddin Fətəliyev açıqlamasında M.Maqsudovun yeznəsini bıçaqladıqdan sonra küçəyə çıxdığını və bu zaman yoldan keçən 1989-cu il təvəllüdlü Ələsgəova Vüsaləyə də bıçaqla zərbə endirdiyini bildirib. Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, yaxınları Maqsud Maqsudovun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirirlər. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar