Hadisə

Siyəzəndə otlaq sahələrində yanğın başlayıb

Bakı-APA. Azərbaycanın Siyəzən rayonunda dağlıq ərazidə otlaq sahəsində yanğın başlayıb.

· Xəbərçi
Siyəzəndə otlaq sahələrində yanğın başlayıb


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın başlaması və ərazidə müşahidə edilən küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olması barədə nazirliyə məlumat daxil olub. FHN-in canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə cəlb edilib. Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. İlkin məlumata görə, yanğının ümumi sahəsi 300-400 ha təşkil edir. Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.

Şərhlər